...

"Repatriasiya haqqında" və "Pasientin hüquqlarının müdafiəsi haqqında" qanun layihələri hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2006 11:53 (UTC +04:00)

"Repatriasiya haqqında" və "Pasientin hüquqlarının müdafiəsi haqqında" qanun layihələri hazırlanır. Bu barədə Trend ə Milli Məclisin Sosial Siyasət Məsələləri Daimi Komissiyasından bildiriblər.

"Repatriasiya haqqında" qanun layihəsində geridönmə prosesinin tənzimlənəcəyi bildirilib.

Səhiyyənin müxtəlif sahələrini tənzimləyən qanunların həyata keçirildiyi nəzərə alınaraq "Pasientin hüquqlarının müdafiəsi haqqında" qanun layihəsinin də qəbulunun zəruriliyi vurğulanıb.

Komissiyadan bildirilib ki, "Pensiya haqqında", "Əmək pensiyası haqqında", "İslah-əmək müəssisələrindən azad olunan insanların sosial müdafiəsi haqqında" qanun layihələri də hazırlanır. Layihələr Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti