...

Bank Respublika 2006-cı ilin ilk yarısının maliyyə nəticələrinə yekun vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2006 17:06 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Bank Respublika-nın maliyyə aktivləri 38,5% artaraq 1 iyul tarixinə 80 696 min manat təşkil edib. Qeyd edilən tarixə bankın kredit portfelinin həcmi 46,7% artaraq 48 752,6 min manat olub. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Müştərilərin depozitləri 1 iyul tarixinə 34 738,8 min manat olub və bu ilin əvvəli ilə müqayisədə 55,2% çoxdur. Əhalinin müddətli əmanətlərinin həcmi isə 18,7% artaraq 15 433,8 min manat təşkil edib. Qeyd edilən dövr ərzində bankin məcmu kapitalı 730,8 min manat artaraq 11 058,4 min manat olub.

Bank Respublika-nın yanvar-iyun ayları ərzində gəlirləri 5 447,25 min manat, xərcləri isə 4 442,03 min manat olub. Bu dövr ərzində Bankın balans mənfəəti 1 005,22 min manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti