...

Kənd təsərrüfatı naziri Gəncədə olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2006 11:56 (UTC +04:00)

Kənd təsərrüfatı naziri İsmət Abbasov dünən Gəncədə olub. O, ilk olaraq aqrotexservisə baş çəkib və burdakı texnika ilə tanış olub. Sonra nazir Gəncə Regional Aqrar Elm Mərkəzinə gəlib və buradakı şəraitlə maraqlanıb. Mərkəzin direktoru Ziyad Abbasov bölgədə olan aqrar problemlər haqqında nazirə məlumat verib. Nazir problemlərin həlli istiqamətində iş görüləcəyini bildirdi.

Abbasov Mərkəzdə həmçinin Türkiyədən alınan yeni laboratoriya ilə də tanış olub. Jurnalistlərə verdiyi müsahibədə nazir bildirib ki, Qərb bölgəsinə səfəri məhs aqrar sahədə olan problemləri öyrənməkdən ibarətdir. Dünən Tovuz, Ağstafa və digər rayonlarda olan nazir qeyd edib ki, bu raoynlarda onu daha çox naraht edən məsələ baytarlıq idarələrinin pis vəziyyətdə olmasıdır. Onun sözlərinə görə, Gəncə Baytarlıq İdarəsində də olub və burdakı şərait onu dəhşətə gətirib.

"Mən respublikanın ikinci böyük şəhərinin baytarlıq idarəsinə girəndə dəhşətə gəldim, bura çox bərbad vəziyyətdədir". Nazir əlavə etdi ki, məsələ ilə əlaqədər Nazirlər Kabinetinə məlumat veriləcək və baytarlıq idarələrinin təmiri üçün vəsait ayrılması üçün işlər görüləcək. Daha sonra nazir elmi tədqiqat inistutularına baş çıkib və burdakı vəziyyətlə tanış olub.

Xəbər lenti

Xəbər lenti