...

İlin birinci yarısında operativ nəzarət yoxlamaları üzrə inzibati cərimə və sanksiyaların 80%-i ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2006 18:46 (UTC +04:00)

2006-cı ilin birinci yarısında operativ vergi nəzarəti üzrə keçirilmiş tədbirlər çərçivəsində Vergilər Nazirliyi 21067 obyektdə yoxlama aparıb. Trend in xəbər verdiyi kimi, bu barədə bu günkü mətbuat konfransında nazirliyin Operativ nəzarət idarəsinin rəisi Habil Məmmədov bildirib. Bu dövr ərzində 22 207 protokol imzalanıb, 1,25 mln. manat maliyyə sanksiyası tətbiq edilib və bunlardan 80%-i artıq ödənilib.

2005-ci ilin analoji dövrü ərzində operativ nəzarət yoxlamaları 10619 obyekti əhatə edib. Bu zaman 10124 protokol tərtib edilib, 340 min manat sanksiya tətbiq edilib. Bu yoxlamalar Vergi məcəlləsinin 50-ci maddəsinə uyğun aparılır. Bu maddədə 8 tədbir - vergi orqanlarında qeyd olunmamaqla əlaqədar, əhali ilə pul hesabatlarında pozuntu, əmək müqavilələrinin bağlanmaması və s. nəzərdə tutulub.

2006-cı ilin hesabat dövrü ərzində pul hesabatları qaydasının yerinə yetirilməsi üzrə 13 379 obyektdə yoxlama keçirilib, nəticədə 13796 halda 1,117 mln. manat inzibati cərimənin tətbiqi ilə protokol tərtib olunub.

Ötən ilin birinci yarısında 3080 obyekt yoxlanılıb, 3195 protokol tərtib olunub və kassa aparatlarının tətbiqi ilə bağlı pozuntular nəticəsində 263 min manatlıq cərimə tətbiq edilib.

Vergi məcəlləsinə əsasən, fiziki şəxslər şərti maliyyə vahidinin (5500 köhnə manat) 377 misli, hüquqi şəxslər isə - şərti maliyyə vahidinin 300-350 misli həcmində cərimə olunur.

Xəbər lenti

Xəbər lenti