...

AYİB-in Direktorlar Şurası "Qaradağ-sement" SC-də səhmlərin 20%-nin alınmasını təqdir edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2006 10:57 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurası iyulun 25-də keçirilmiş iclasda "Qaradağ-sement" SC-də 20% iştirak payının 10 mln dollara alınmasını təqdir edib. Bu barədə Trend AYİB-in məlumatına istinadən xəbər verir.

Layihənin ümumi dəyəri $13,3 mln təşkil edir. Layihədə əsas məqsəd ətraf mühitə təsirin azaldılmasından ibarətdir. Ətraf mühitin yaxşılaşdırılması ilə bağlı bütün tədbirlər və sərmayələr ətraf mühitə dair fəaliyyət planına daxil edilib ki, bu da AYİB-in bu layihədə iştirak şərtidir.

AYİB 1999-cu ildə "Qaradağ-sement" SC-ni özəlləşdirmiş İsveçrənin Holcim şirkətinin səhmlərinin bir hissəsini alacaq. Səhmlərin 89,4%-i şirkətə, yerdə qalan hissə isə xırda səhmdarlara məxsusdur. Bank orta müddətli perspektivdə, yəni 5-7 il müddətinə müəssisənin səhmdarlar heyətinə daxil olmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti