...

Unibank yeni Click məhsulu təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2006 12:55 (UTC +04:00)

UniBank özünün yeni məhsulunu - İnternet şəbəkəsində malların və xidmətlərin satın alınmasının ödənilməsi üçün nəzərdə tutulmuş "Click"-i təqdim edib. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

"Müasir Azərbaycan üçün İnternet vasitəsi ilə alışlar praktikası, istənilən digər pərakəndə alışlar kimi, gündəlik bir hala çevrilib. Lakin onların həyata keçirilməsi prosesində azərbaycanlı istifadəçilər üçün ödənişin yerinə yetirilməsinin rahat sisteminin olması zəruridir. "UniBank" bundan əvvəl öz müştərilərinə "IISA International" beynəlxalq ödəniş sisteminin, o cümlədən həm də İnternet vasitəsi ilə malların satın alınması zamanı ödəniş vasitəsi kimi istifadə olunan plastik kartlarını artıq təqdim edib. Lakin bu kimi alışların həyata keçirilməsinin rahatlığının artırılması üçün Bankın menecmenti tərəfindən müstəsna olaraq interaktiv məkanda ödəniş vasitəsi kimi istifadə edilməyə yönəlmiş xüsusi "Click" kartının buraxılması haqqında qərar qəbul edilib", - deyə "UniBank"-ın riteyl-bankinq üzrə direktoru Faiq Zeynalov məlumat verib.

Müştəri xidmətinin səmərəliliyinin artırılması məqsədilə "UniBank" "Click"-i fiziki daşıyıcısı olmayan kart kimi buraxıb ki, bu da "UniBank"-ın müştərilərinə daxil olma kodları (kartın nömrəsi və CCI-kod) haqqında bütün məlumatı istər Bankın özündə, istərsə də elektron poçtuna və ya SMS göndərməklə əldə etmək imkanı verir.

Xəbər lenti

Xəbər lenti