...

British Airways reyslərə onlayn qeydiyyat imkanını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2006 13:41 (UTC +04:00)

British Airways iyulun 25-dən etibarən uşaqlar üçün reyslərə onlayn qeydiyyat imkanını artırıb. Bu barədə Trend ə BMED şirkətindən bildiriblər. Valideynlər, evdən çıxmadan, uçuşa qədər 24 saat ərzində ba.com saytına daxil ola, təyyarədə yer seçə və bütün ailəni reys üçün qeydiyyatdan keçirə bilər. Addım-addım təlimatları nəzərə alaraq, sistem istifadə üçün çox rahatdır və British Airways şirkətinin uçuşlarının təxminən 97% istiqaməti üçün mümkündür.

Aeroporta yollanmazdan əvvəl, sadəcə olaraq, eniş talonunu çap etmək lazımdır. Aeroporta çatarkən, ailələr yüklərini Fast Bag Drop (Sürətli Yukün Təhvili) piştaxtasına verə bilər və birbaşa enişə yollana bilərlər. Uşaqlar üçün xüsusi yemək uçuşdan 24 saat əvvəl sifariş edilə bilər. 6 nəfərə qədər sərnişinlər qrupu həmçinin iyulun 25-dən etibarən bir dəfə onlayn rejimdə reys üçün qeydiyyatdan keçə bilər.

Onlayn qeydiyyat böyüklərin iştirakı olmadan səyahət edən uşaqlar üçün mümkün deyil. Onlayn eniş talonunun çap edilməsi Avropa və intrekontinental reyslərin əksəriyyəti də daxil olmaqla, artıq British Airways şirkətinin yarıdan çox reysləri üçün mümkündür.

Xəbər lenti

Xəbər lenti