...

DGK "Şirvanovka" adlı yeni məntəqəni istismara verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2006 13:11 (UTC +04:00)

TrendDövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" adlı yeni gömrük məntəqəsini istismara verib. Trend agentliyinin DGK-nə istinadən yaydığı məlumata əsasən, mərasim iyulun 28-də keçiriləcək.

Mərasimdə DGK-ın rəhbəri Aydın Əliyev, Dövlət Sərdəd Xidmətinin rəisi Elçin Quliyev, Xaçmaz, Quba və Qusar icra hakimiyyəti başçıları, eləcə də Rusiyanın Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yahyayev və digər rəsmilər iştirak edib.

Tədbir iştirakçıları gömrük məntəqəsilə yaxından tanış olub. Tədbirdə bildirilib ki, bu məntəqə dünya standartlarına cavab verir və Azərbaycanla Rusiya arasındakı əlaqələrin genişləndirilməsinə xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti