...

Azərbaycanın erməni işğalı altındakı ərazilərində yanğınlar səbəbindən heyvanların kütləvi yerdəyişməsi ilə əlaqədar tədqiqat yekunlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2006 12:52 (UTC +04:00)

Azərbaycanın erməni işğalı altında olan ərazilərindəki fasiləsiz yanğınlar nəticəsində oradakı heyvanların sərbəst zonalara kütləvi yerdəyişməsi müşahidə olunub. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Trend ə verilən xəbərə görə, vəziyyətin ciddiliyini nəzərə alaraq, xidmətin mütəxəssislər qrupu bütün ötən həftə ərzində baxış, nəzarət tədbirləri keçirmək, heyvanların təhlükəlilik səviyyəsini müəyyən etmək üçün sərhədyanı rayonlarda olub.

Dövlət qurumunda qeyd ediblər ki, hazırda laboratoriya şəraitində üzərində bakterioloji araşdırma aparılan gəmirici və çaqqallardan 14 nümunə götürülüb.

"İlkin nəticələr sabah, son nəticə isə avqustun 3-də axşam məlum olacaq", - deyə dövlət xidmətində qeyd ediblər.

Aparılmış tədqiqatlar zamanı Ermənistanla həmsərhəd ərazilərdə epidemioloji və epizootik vəziyyət də araşdırılıb.

Xəbər lenti

Xəbər lenti