...

Bakıda böyük tutumlu avtobuslardan istifadə ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2006 16:11 (UTC +04:00)

2007-ci ilin əvvəlindən Bakıda böyük tutumlu avtobuslardan istifadə edilməsi nəzərdə tutulub. Hazırda Azərbaycanın Nəqliyyat Nazirliyi özəl sərnişin daşıyıcıları ilə danışıqlar aparır. Onlar bu avtobusları əldə etmək, Bakıya çatdırmaq və istifadə etmək istədiklərini bildiriblər. Bu barədə Trend ə respublikanın Nəqliyyat Nazirliyindən xəbər veriblər.

Güman edilir ki, birinci mərhələdə Bakıda təxminən 250 böyük tutumlu avtobus işləyəcək. Onlar indi istifadə olunan mikroavtobusları əvəz edəcək. Bu, nazirlik nümayəndələrinin fikrincə, şəhərin nəqliyyat infrastrukturunda bəzi problemləri həll etməyə, həmçinin sərnişinlərə göstərilən xidmətin keyfiyyətini artırmağa imkan yaradacaq.

Bütün işlər Azərbaycan prezidentinin "2006-2007-ci illər üçün Bakı şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında" fərmanı çərçivəsində həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti