...

Respukblika Dövlət Yol Polis İdarəsi "Təmiz hava" devizi altında növbəti təhlükəsizlik aylığı keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2006 17:55 (UTC +04:00)

Avqustun 1-dən etibarən Respublika Baş Dövlət Yol Polisi ölkə ərazisində "Təmiz hava" devizi altında növbəti təhlükəsizlik aylığı keçirəcək. Bu barədə Trend ə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ictimai qurumlarla iş üzrə şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

"2 iyul 2006-cı il tarixdə ölkə başçısı yanında ekologiya problemlərinin həllinə dair məsələlər müzakirə olunub. Bu müzakirələrdən irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı daxili işlər naziri tərəfindən xüsusi əmr hazırlanıb. Həmin əmrin tələbinə əsasən Dövlət Yol Polis İdarəsi Təbii Sərvətlər və Ekologiya Nazirliyi ilə birgə respublika ərazisində atmosfer havanın çirkləndirilməsinin qarşısının alınması istiqamətində təhlükəsizlik aylığı keçirməyi planlaşdırılıb" - deyə V.Əsədov bildirib.

Sentyabr aynının 1-dək davam edəcək təhlükəsizlik aylığı çərçivəsində karbon qazını normadan artıq ixrac edən nəqliyyat vasitələri müəyyən ediləcək və həmin nəqliyyat vasitəsinin sürücüləri məsuliyyətə cəlb olunacaq.

"Tədbirlər planına uyğun olaraq Bakıda da avtotəsərrüfatı olan 30-dan artıq müəssisə, idarə və təşkilat müəyyən edilərək aylığa cəlb olunub. Qrafik üzrə həmin idarə və təşkilatlarda avtomaşınlar yoxlanılacaq, respublikamıza gətirilmiş xüsusi qurğularla nəqliyyat vasitələrinin buraxdığı qazların həcmi təyin olunacaq" - deyə V.Əsədov söyləyib.

Xəbər lenti

Xəbər lenti