...

ARDNF-in Müşahidə Şurası 2005-ci il büdcəsinin icrasını təsdiq olunmaq üçün ölkə prezidentinə təqdim etməyi qərara alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2006 12:09 (UTC +04:00)

Azərbaycan Respublikasının baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rəsizadənin sədrliyi ilə Müşahidə Şurasının növbəti iclası kecirilib. Trend in Fondun məlumatına istinadən xəbər verdiyi kimi, iclasda ARDNF-in 2005-ci ildə fəaliyyəti haqqında illik hesabatına, maliyyə fəaliyyətinin auditinin nəticələrinə və fondun 2005-ci il büdcəsinin icrasına baxılıb.

Müşahidə Şurası fondun 2005-ci ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2005-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (Ernst&Yanq şirkətinin) hesabatına baxaraq onları məqbul hesab edib və ARDNF-in 2005-ci il büdcəsinin icrasını təsdiq olunmaq üçün Azərbaycan Respublikasının prezidentinə təqdim etmək barədə qərar qəbul edib.

Baş nazir A.Rəsizadə yenidən Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.

Xəbər lenti

Xəbər lenti