Bu gündən Gürcüstanda "Audi" və "Folksvagen" avtomobillərinin və onların ehtiyat hissələrinin regional gömrük anbarı fəaliyyətə başlayacaq.
"İberiya biznes qrupp" şirkətinin başçısı Tariel Xeçikaşvilinin Trend in Gürcüstandakı xüsusi müxbirinə verdiyi xəbərə görə, regional gömrük anbarı "Folksvagen" və "Audi"nin Azərbaycan, Gürcüstan və Ermənistandakı avtodillerlərinə xidmət göstərəcək.
Onun sözlərinə görə, layihə "Folksvagen" konserninin rəhbərliyinin təşəbbüsü üzrə həyata keçirilir və bu layihəni "İberiya biznes qrupp" şirkətinə daxil olan Kres Autohaus GmbH şirkəti həyata keçirir.
T.Xeçikaşvili ümid edir ki, layihənin həyata keçirilməsi satış həcminin artmasına, həmçinin müştərilərin keyfiyyətli və orijinal ehtiyat hissələri ilə təmin edilməsinə və servis xidmətinin yaxşılaşacağına imkan yaradacaq.
Onun fikrincə, Gürcüstanda fəaliyyət göstərən gömrük və vergi qanunvericiliyi regional layihənin maneəsiz işləməsi və qonşu ölkələrin avtodillerlərinə bu anbardan istifadə etmək imkanı verir.