...

Şəmkir-Qazax avtomobil yolunun tikintisi sentyabrda başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2006 18:37 (UTC +04:00)

Şəmkir-Qazax avtolmobil yolunun bərpa layihəsi bu ilin sentyabrında başa çatacaq. Bu barədə Trend ə nəqliyyat nazirinin birinci müavini Musa Pənahov bildirib. Onun sözlərinə görə, hazırda tamamlama işləri gedir.

Bu layihənin baş podryatçısı 73 km-lik Şəmkir-Qazax yolunu bərpa edən Azwirt-Azərkörpü-Azəraqrotikinti alyansıdır.

Bu layihə çərçivəsində Tovuz dairəvi yolunun da çəkilməsi planlaşdırılır. Bu layihə DB-nin krediti vasitəsilə maliyyələşdiriləcək.

Layihənin gerçəkləşdirilməsi üçün DB-nin Beynəlxalq İnkişaf Assosiasiyasının standart şərtlərilə verilən 40 mln. dollar həcmində kreditindən istifadə olunacaq. Kredit Gəncə-Qazax yolunun bərpası üçün nəzərdə tutulub. Bu layihənin birinci hissəsi (Gəncə-Şəmkir - 21 km) Türkiyənin "Turan Xezinadaroğlu" şirkəti tərəfindən həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti