...

Azərbaycanda stimullaşdırıcı vergi lotoreyasının keçirilmə şərtləri asanlaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2006 14:00 (UTC +04:00)

Azərbaycanın Vergilər Nazirliyi stimullaşdırıcı lotoreyanın keçirilməsini bərpa edib və oyunun qaydalarını sadələşdirib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin baş vergi müfəttişi Rövşən Məmmədovun bu günkü mətbuat konfransında xəbər verdiyi kimi, dəyişikliklərə əsasən, lotoreya oyunu hər ay ərzində vergi orqanlarında əldə edilmiş kassa çeklərinin əvəzində veriləcək kuponlar vasitəsilə həyata keçiriləcək.

Trend in xəbər verdiyi kimi, bir lotoreyanı almaq üçün ümumi məbləği ən azı 40 manat olan 20 ədəd çek təqdim etmək lazımdır. Bu zaman çeklərin yığılma müddəti də bir aya qədər azaldılıb. Əvvəlki lotoreya zamanı isə çeklər üç ay ərzində yığılırdı, lakin o zaman kupon ümumi məbləği 500 manat olan ən azı 100 çekin əvəzinə verilirdi. R.Məmmədovun sözlərinə görə, şərtlərin dəyişdirilməsi əhalinin böyük hissəsinin lotoreyada iştirak etməsinə təkan verir.

Çeklər yaşayış və iş yerindən asılı olmayaraq, Bakı şəhər vergi idarəsinin üç filialına, 12 ərazi vergi idarəsinə, NMR-dəki vergi orqanlarına verilə bilər.

Bir yenilik də bundan ibarətdir ki, birinci lotoreya zamanı bir maşından əlavə məişət texnikası da oynanılırdı, indi isə sonuncu prizlər pul mükafatları ilə əvəz edilib. Bütün prizlər lototron vasitəsilə udulur. Stimullaşdırıcı lotoreyanın tirajları hər ay üçün növbəti ayın 20-də AzTV-də canlı yayımda keçiriləcək.

R.Məmmədov hesab edir ki, lotoreyanın keçirilməsi sadələşdirilmiş vergi üzrə dövlət büdcəsinə daxilolmaların artmasına səbəb olub, çünki ticarət obyektləri və xidmət sahələri vergini sadələşdirilmiş vergi sistemi üzrə ödəyirlər. Əgər 2006-cı ilin birinci rübündə bu vergi üzrə proqnoz 93,8% yerinə yetirilmişdisə, yarım ilin yekunlarına görə - 100% yerinə yetirilib (halbuki avtonəqliyyat vasitələrinin vergiyə cəlb olunması da buna təsir göstərib).

Xəbər lenti

Xəbər lenti