Son vaxtlar tranzit yüklərin həcminin artması ilə əlaqədar, Azərbaycan, Rusiya və Gürcüstan dəmiryolçularının üçtərəfli görüşü keçiriləcək. Trend in Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüş avqustun 14-15-də Rostovda olacaq.
Görüşdə əsasən Azərbaycan vasitəsilə Rusiya və Gürcüstan arasında yük daşınmalarının artan həcminin tənzimlənməsi, yük daşınmalarının təhlükəsiz şəraitdə həyata keçirilməsi məsələləri müzakirə ediləcək.
Azərbaycanın Rostovdakı nümayəndə heyətinə Azərbaycanın Dövlət Dəm ir Yolu İdarəsinin rəis müavini Əlirza Süleymanov başçılıq edəcək.