...

Azərbaycanda avtomobil idxalı azalıb, lakin onların dəyəri xeyli artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2006 15:10 (UTC +04:00)

2006-cı ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 13 min 256 minik maşını idxal edilib. Trend in xəbər verdiyi kimi, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin altı ayı ərzində gətirilmiş minik avtomobillərinin ümumi dəyəri 92 mln. 065,1 min ABŞ dolları təşkil edib. Ötən ilin birinci yarısında respublikaya 6,7% az minik avtomobili gətirilib. Lakin buna baxmayaraq, bu il gətirilən avtomobillərin ümumi dəyəri ötən ildəkindən 22,1% çoxdur.

2006-cı ilin yanvar ayından iyuna qədər Azərbaycana ümumi dəyəri 34 mln. 848,4 min ABŞ dolları olan 2 min 935 yük maşını idxal olunub. Bu ilin birinci yarısında respublikaya gətirilmiş avtomobillərin sayı ötən ildəkindən 5,7% az, lakin qiymətinə görə 54,7% çoxdur.

2006-cı ilin yeddi ayı ərzində avtomobil nəqliyyatı ilə 40,7 mln. ton yük daşınıb, bu isə 2005-ci ilin yanvar-iyul aylarından 6,2% çoxdur. Sərnişin daşınmasının həcmi isə 501,8 mln. nəfər (5,4% artıb) təşkil edib.

Xəbər lenti

Xəbər lenti