...

Azərbaycan və Tatarıstanın aqrosənaye mütəxəssisləri əməkdaşlıq istiqamətlərini müəyyənləşdiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2006 12:24 (UTC +04:00)

Bu həftə Azərbaycanın Nazirlər Kabineti Aparatının aqrosənaye şöbəsinin müdiri Rüfət Əsədov Tatarıstanda üç günlük səfərdə olub. Bu barədə Trend "Tatar-inform"a istinadən xəbər verir. Səfərin məqsədi avqustun 1-də Bakıda iki ölkə höküməti arasında əldə edilmiş razılaşmaların gerçəkləşdirilməsindən ibarət olub.

Avqustun 15-17-də Tatarıstana işgüzar səfəri zamanı R.Əsədov respublikanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin, "TK Tatmeliorasiya" ASC, "RASİN", "Tatarıstanın elit toxumları" assosiasiyasının nümayəndələrinin iş təcrübəsi ilə mübadilə aparıb. O, Kazan realbazasında yeni məhsul toxumunun hazırlanması ilə tanış olub, "TatNİİSX" Dövlət elmi müəssisəsində olub və burada Tatarıstanın elmi potensialını öyrənib.

R.Əsədov Tatarıstanın Nazirlər Kabinetinin aqrosənaye kompleksi şöbəsinin rəisi Anatoli Krasnov və Ticarət və Xarici İqtisadi Əməkdaşlıq Nazirliyinin nümayəndələri ilə görüşüb. Görüş zamanı aqrosənaye sahəsində ikitərəfli münasibətlərin inkişaf istiqamətləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti