...

Bakıda Azərbaycan və Sankt-Peterburq iş adamlarının iştirakı ilə iqtisadi forum keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2006 10:57 (UTC +04:00)

Oktyabrın birinci yarısında Bakıda Azərbaycan və Sankt-Peterburqun iş adamlarının iştirakı ilə iqtisadi forum keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov məlumat verib.

Onun sözlərinə görə, artıq Sankt-Peterburq hökuməti ilə bununla bağlı razılıq əldə olunub. Forumda Sankt-Peterburq və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır.

Baş konsul onu da bildirib ki, elə həmin vaxt Azərbaycanda Rusiya İli çərçivəsində Bakıda Sankt-Peterburq mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır. Tədbirdə qubernator Valentina Matviyenkonun da iştirakı gözlənilir. Sentyabrın ilk günlərində Azərbaycanın Baş Konsulluğu Mədəniyyət Günləri və forumun proqramının hazırlanmasına başlayacaq", - deyə Q.Osmanov qeyd edib.

Xəbər lenti

Xəbər lenti