...

Naxçıvan MR-də dənli bitkilərin yığımı təxminən 25 min ton təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2006 15:07 (UTC +04:00)

İlin əvvəlindən Naxçıvan Muxtar Respublikasında (NMR) 24856 hektar sahədən dənli bitkilərin yığımı 88361 ton təşkil edib. Bu barədə Trend ə NMR-in Bakıdakı daimi nümayəndəliyindən bildirilib. Dənli bitkilərin ümumi əkin sahəsi 25901 hektar təşkil edir. Orta məhsuldarlıq 35,5 s/Ha təşkil edib.

2005-ci ilin həmin dövrü ilə müqayisədə dənli bitkilərin yığım sahəsi 8,7%, yığılmış məhsul 301 ton (0,3%) artıb.

110 ha sahədən 495 ton qarğıdalı yığılıb. Kartof yığımı 1907 ha sahədən 25543,6 ton təşkil edib (77,5%). Kartofun ümumi əkin sahəsi 2461 hektar təşkil edir.

Yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 8900,5 ton, süd istehsalı - 48162,2 ton, 38644,8 min ədəd yumurta və 646,4 ton yun təşkil edib. Artım müvafiq olaraq 3,5%, 2,6%, 3,5% və 4% olub.

NMR-in balıqçılıq və kənd təsərrüfatı tərəfindən 62055,3 min manatlıq məhsul istehsal edilib, bu isə ötən ilin analoji göstəricisindən 6,7% çoxdur.

Xəbər lenti

Xəbər lenti