...

Azərbaycan-Ukrayna biznes-forumunun keçirilməsi planlaşdırılmır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2006 18:36 (UTC +04:00)

Sentyabrın 7-8-də Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana rəsmi səfəri zamanı biznes-forumun keçirilməsi planlaşdırılmır. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Səbuhi Temirov məlumat verib.

Onun sözlərinə görə, səfərin başlanmasınadək az vaxt qalıb və tərəflər biznes-forumun keçirilməsi üzrə hazırlıq apara bilməyəcək. Bundan başqa, ticari-tiqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 31 avqust-1 sentyabr tarixində Bakıda keçiriləcək 7-ci iclasında müzakirə olunacaq. Biznes-forum isə payızda Kiyevdə təşkil oluna bilər.

Diplomat bildirib ki, baş nazirin müavini Andrey Klyuyevin rəhbərlik etdiyi Ukrayna hökumətinin nümayəndə heyəti Bakıya avqustun 31-də günorta gələcək. İclasın gündəliyinə iki ölkə arasında ticari-iqtisadi, elmi-texniki və humanitar əlaqələrin inkişafı məsələləri daxildir. Komissiya Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı imzalanacaq sənədlər paketini müzakirə etməli və razılaşdırmalıdır", - deyə S.Temirov qeyd edib.

Xəbər lenti

Xəbər lenti