...

Azərbaycanda Çin istehsalı olan Changan avtomobillərinin yığılmasına başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2006 13:10 (UTC +04:00)

Sentyabrın 30-da Gəncə avtomobil zavodunda Çin istehsalı olan Changan avtomobillərinin yığılması üçün ehtiyat hissələri Gəncəyə gətirilir. Bu barədə Trend ə eksklüziv olaraq Gəncə avtomobil zavodunun rəhbəri Xanlar Fətiyev məlumat verib. İlk partiya 18, ikinci partiya isə 50 avtomobilin yığılması üçün ehtiyat hissələrindən ibarət olacaq. Yığılan avtomobillər "Gəncə" adlandırılacaq.

X.Fətiyev qeyd edib ki, avqustda gətirilməli olan ehtiyat hissələrinin çatdırılmasının gecikdirilməsi daşıyıcı şirkətin günahı üzündən baş verib. Zavod ehtiyat hissələrini çatdıracaq yeni şirkət seçmək niyyətindədir.

Müəssisə başçısının sözlərinə görə, bu gün Çindən həm də Changan mütəxəssisləri gəlib. Onlar avtomobillərin yığılması prosesini müşahidə edəcək. İşlər başa çatdıqdan sonra yeni avtomobillərin təqdimatı keçiriləcək.

Avtomobillərin yığılma prosesi zavodun yeni sexinin 20 min m2 sahəyə malik ərazisində təşkil olunacaq. Bütün işlər müəssisənin vəsaiti hesabına həyata keçirilir. Bu avtomobillər üçün bəzi hissələr müəssisənin özündə istehsal olunacaq.

Müəssisədə yük və yarımyük avtomobilləri (1 tondan 3,5 tonadək) yığılacaq. Bu maşınların ilkin dəyəri 6-9 min AZN həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti