...

Relax Azərdəmiryolbankın depozit portfelinə təxminən 8 mln. ABŞ dolları əlavə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2006 16:01 (UTC +04:00)

Azərdəmiryolbank ASC Relax depozit kampaniyasını yekunlaşldırdı. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir. Əhalinin artan etimadını təsdiq edərək, bank 2,5 ay ərzində 7 mln. AZN (təxminən 8 mln. ABŞ dolları) əmanət cəlb edib. Bunlardan 3 mln. manat 1 il, 4 mln. manat isə 2 il müddətinə qoyulub.

Kampaniyanın şərtlərinə əsasən, əmanətin minimal məbləği 5 min manata bərabər olmalı idi. Depozit üzrə faiz dərəcəsi 1 il üçün 14%, 2 il üçün 15% təşkil edib.

Bundan əlavə Relax əmanətinin sahibləri pulsuz Visa Gold kredit kartı, həmçinin 39 gün ərzində əmanətin məbləğinin 50%-i həcmində kredit xəttindən istifadə etmək imkanı əldə ediblər.

Qeyd edək ki, oktyabrın 1-nə olan vəziyyətə görə əhalinin qoyduğu əmanət 2006-cı ilin əvvəli ilə müqayisədə 49,7% artaraq, 21,758 mln. manata çatıb.

Xəbər lenti

Xəbər lenti