...

Neft Fondunun icraçı direktoru Soros Fondunun Qərbi Afrika nümayəndəsini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2006 19:17 (UTC +04:00)

Oktyabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Açıq Cəmiyyət İnstitutu-Soros Fondunun Qərbi Afrika Təşəbbüsləri üzrə rəhbəri Nana Tankonu və təşkilatın Azərbaycan ofisinin rəhbəri Fərda Əsədovu qəbul edib. Trend xəbər verir ki, görüşdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi, bu Təşəbbüsün həyata keçirilməsi üçün hökumət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq və Neft Fondunun fəaliyyətində şəffaflığın təmin olunması məsələləri müzakirə olunub.

Ş. Mövsümov Azərbaycan hökumətinin Təşəbbüsün tətbiqinə böyük önəm verdiyini, Azərbaycanın MHŞT üzrə artıq 4 hesabat açıqladığını və Təşəbbüsün həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası və xarici və yerli hasilat şirkətləri ilə əməkdaşlıq etdiyini bildirib. Azərbaycanın müsbət təcrübəsinin Təşəbbüsə qoşulmuş digər ölkələrdə də istifadə olunmasının vacibliyini vurğulayan Ş. Mövsümov Azərbaycanın bu təcrübəni digər ölkələrlə bölüşməyə hazır olduğunu qeyd edib.

N.Tanko Azərbaycanın Təşəbbüsə qoşulmuş digər ölkələrdən fərqli olaraq onun tətbiqində əhəmiyyətli uğurlar əldə etməsinin təqdirəlayiq hal olduğunu bildirib.

Görüşdə Neft Fondunun fəaliyyətinə dair qonaqları maraqlandıran digər məsələlər də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti