...

Quba və Naxçıvanda suvarma sisteminin bərpası üçün tender elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2006 13:28 (UTC +04:00)

"Meliorasiya və Su Təsərrüfatı" ASC Suvarma-paylaşdırma sisteminin və onun idarəsinin təkmilləşdirilməsi layihəsi çərçivəsində iki tender elan edib. Trend xəbər verir ki, Naxçıvan və Şərur bölgələrində drenaj sisteminin və suvarma kanallarının bərpası layihəsinə əsasən tender çərçivəsində aşağıdakı işlərin yerinə yetirilməsi nəzərdə tutulub:

- Beton örtüklü suvarma kanallarının təmizlənməsi,

- Lazım gələrsə, qapalı suvarma sistemində köhnə boru kəmərlərinin dəyişdirilməsi,

- Beton örtüklərin bərpası,

- Məhv olmuş hidrotexniki qurğuların bərpası və yenilərinin tikintisi,

- Kanallar üzrə suölçən qurğuların tikintisi,

-Drenaj sistemlərdə - açıq kollektor və drenlərin təmizlənməsi, bərpa və yeni qurğuların tikintisi.

Tikinti işləri 300 gün ərzində yerinə yetirilməlidir. İşlər Beynəlxalq İnkişaf Assosiasiyasından alınmış kredit hesabına görüləcək.

Tenderdə iştirakın qiyməti 200 AZN-dir.

Maraqlı şəxslərin təklifləri noyabrın 15dək qəbul olunacaq.

Tender təklifləri paketləri elə həmin gün ASC-də açılacaq.

ASC həmçinin analoji məqsədlə Azərbaycanın Şimal bölgəsində (Quba) suvarma kanallarının bərpasına yönəlmiş layihə çərçivəsində tender elan edib.

Tenderdə iştirak etmək istəyənlər 200 AZN ödəməli və təkliflərini noyabrın 16-dək təqdim etməlidirlər. Zərflər elə həmin gün ASC-də açılacaq. Bu işlərin yerinə yetirilməsinə də 300 gün ayrılıb.

Xəbər lenti

Xəbər lenti