...

Almaniya Azərbaycanın ÜTT-yə daxil olması üçün texniki yardıma başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2006 15:49 (UTC +04:00)

2006-cı il noyabrın sonunda Almaniya höküməti Azərbaycana sanitar və qeyri-sanitar normalara texniki yardım çərçivəsində məsləhətçi göndərir. Hökümətdən Trend ə verilən məlumata görə, texniki yardım çərçivəsində ölkədə bu sahədə mövcud olan sistemin Ümumdünya Ticarət Təşkilatının sanitar və fito-sanitar normalarına uyğunlaşdırılmasına kömək təklif edir.

Texniki yardımların hesabına qanunvericiliklə bağlı və treninqlərin aparılmasını təkmilləşdirilmək nəzərdə tutulur.

Texniki yardım alanlar sırasına Kənd Təssərüfatı Nazirliyi, Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi daxildir.

Hökümət tərəfindən qeyd olunduğu kimi, ilk vaxtlar qrantın miqdarı alman höküməti ilə razılaşdırılmayacaq. Ona yalnız tədbirlərin siyahısı təqdim olunacaq, məsləhətçilərin xərclərini isə o özü ödəyəcək.

Analoji üsuldan Azərbaycan höküməti iqtisadi məsələlərlə bağlı İsveçrənin Dövlət katibliyindən də (Seso) istifadə edir ki, bu yolla intellektual mülkiyyət sistemini ÜTT-nın tələblərinə uyğunlaşdırsın. Bu daha çox sənaye mülkiyyətinə (patentlər, ticarət markaları) aid edilir.

Seso ilə razılaşmaya əsasən, bu istsqamətdə texniki yardım 2007-ci ildən başlanacaq. Dövlət katibliyinin nümayəndə heyəti ilə ilkin müzakirələr artıq Bakıda keçirilib və onlara tədbirlər siyahısı təqdim olunub.

Onlar intellektual mülkiyyət hüquqlarının qorunması sisteminin dünya standartlarına uyğunluğunu yoxlamaq üçün qanunvericiliyi treninqlərin keçirilməsi yolu ilə təhlil edərək müəyyənləşdirməyi nəzərdən keçirirlər.

ÜTT-yə daxil olma prosesində, hökümət texniki yardıma ehtiyacı olan istiqamətləri müəyyənləşdirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti