...

AGBank və Anadolu Travel bayram proqramı haqqında açıqlama verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2006 16:40 (UTC +04:00)

AGBank və Anadolu Travel "Qış sürprizi" bayram proqramı haqqında açıqlama verib. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir. Yeni proqramın mahiyyəti bundan ibarətdir ki, "Magellan" plastik kartını alın hər bir şəxs noyabrın 15-dən yanvarın 15-dək öz virtual hesabında 100 bonusun sahibi olur. Sonradan Anadolu Traveldən tur əldə edərkən bu bonusları müxtəlif pulsuz təkliflərə dəyişmək olar.

Özündə MasterCard Standart kartının bütün üstünlüklərini birləşdirən "Magellan" ödəmə-bonus kartını AGBank-da, eləcə də Anadolu Traveldən tur alarkən pulsuz əldə etmək olar.

"Magellan" - daha çox rahatlıqla səyahət etmək imkanı verən, səyahət üçün ən yaxşı kartdır. Riteyl-tranzaksiya həyata keçirərkən, yəni mal və xidmətlərə görə kartla ödəniş edərkən, bonuslar toplanır və onlar gələcəkdə Anadolu Traveldən tur əldə edərkən pulsuz təkliflər əldə etməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti