Trend -in verdiyi məlumata görə, bu gün Bakıda Avropa Bankı və Azərbaycanın Rabitə bankı və qeyri-bank kredit şirkəti olan Finca-Azerbaijan arasında iki kredit sazişi imzalanıb.
Rabitə bankında kredit sazişi çərçivəsində 2 kredit xətti - kiçik və orta sahibkarlığın inkişafına $3 milyon və ticarət maliyyələşməsinə $1 milyon olmaqla açılaçaq.
AYİB ilə Rabitəbank arasında kredit sazişi 5 il müddətinə imzalanıb. Kiçik və orta sahibkarlıq üçün kreditin minimal məbləği $10 min, maksimal məbləği isə $100 min təşkil edir.
Finca-Azerbaijan üçün kredit xətti mikromaliyyələşdirməyə görə $ 3 milyonun ayrılmasını nəzərdə tutur. Kreditin minimal məbləği $50, maksimal məbləği isə $10 min ola bilər.
Biznesqrupun direktoru Olivye Deskamp mərasimdə bildirib ki, Azərbaycanda qeyri-bank kredit şirkəti ilə ilk dəfə kredit sazişi imzalanır. Olivye Deskamp sazişin imzalanmasını Azərbaycanla yüksək səviyyəli əməkdaşlığın nəticəsi adlandırıb.