...

Dövlət Baytarlıq Xidməti: "Quşların ölümü ilə bağlı nadir faktların olmasına səbəb "quş qripi" deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2006 11:05 (UTC +04:00)

Dövlət Baytarlıq Xidməti Bərdə rayonunun Qaratəpə kəndində ev quşlarının "quş qripi" virusundan kütləvi qırılması ilə bağlı yayılmış məlumatları təkzib edib. Dövlət Baytarlıq Xidmətinin Epizootiya əleyhinə Respublika Ekspedisiyasının rəhbəri Rafiq Muradov Trend ə bildirib ki, hazırda bölgələrdə, o cümlədən Bərdədə ev quşlarının kütləvi qırılması faktları qeydə alınmayıb.

R.Muradov qeyd edib ki, o, bölgənin baş həkimi ilə bu məsələ ilə bağlı söhbət edib və virusun yayılması təhlükəsinin olmadığı məlum olub. "Bu gün quşların ölümü ilə bağlı tək-tək faktlar müşahidə edilə bilər. Ancaq bu, o demək deyil ki, buna səbəb "quş qripi"dir. Bərdə də daxil olmaqla, bütün bölgələr peyvənd üçün preparatlar və xüsusi geyim alıb. Məqsəd virusun yayılması təhlükəsi yarandığı zaman dərhal müvafiq tədbirlər görməkdən ibarətdir", - deyə o bildirib.

Qeyd edək ki, bu günlərdə Baytarlıq Xidməti ölkə ərazisində virusun aşkar edilməsi üzrə növbəti monitorinqi başa vurub. Monitorinq zamanı quşların ölüm halları qeydə alınmayıb. Yekun laborator rəylər noyabrın 27-də açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti