...

Kənd təsərrüfatı məhsulları istehsalçıları üçün yeni ticarət bazarı yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2006 10:09 (UTC +04:00)

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasət departamenti kənd təsərrüfatı məhsulları istehsalçıları üçün Bakıda təşkil olunmuş beş bazarın tədqiqatını aparıb. İNN-nə istinadən Trend bildirir ki, tədqiqatlar nəticəsində antiinhisar qanunvericiliyin pozulması və çek təqdim etməməklə vergilərdən yayınma halları aşkar edilib, habelə malların üstündə qiymətlərin göstərilməməsi, veterinar xidmətin keyfiyyət qaydalarının gözlənilməməsi, bazarların qeyri-qənaətbəxş sanitar vəziyyəti, məhsul üzərində vahid qiymət saxlamaqla təsərrüfat subyektləri üçün əsassız məhdudiyyətlər yaradılması halları aşkar edilib.

Təcili tədbirlər nəticəsində bütün bu çatışmazlıqlar aradan qaldırılıb.

"Təzə bazar" ASC ət məhsullarının satışı üçün 150 yerlik sahəni istismara verib, əlavə olaraq 360 yeni təmir olunmuş ticarət nöqtələri də təhvil verilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarının rahat məhsul satışı üçün 3 min kv.m. əraziyə asfalt döşənib, 120 yük maşınından satış üçün hər cür şərait yaradılıb

2006-cı ilin 2 dekabrından etibarən kənd təsərrüfatı məhsulları istehsalçıları "Təzə bazar" ASC bazarında sərbəst şəkildə öz məhsullarının satışını həyata keçirə bilərlər.

Xəbər lenti

Xəbər lenti