...

USAID və Azərbaycan İİN Anitinhisar Departamenti seminar keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2006 15:33 (UTC +04:00)

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin antiinhisar siyasət üzrə Departamentinin ABŞ-ın beynəlxalq inkişaf üzrə agentliyi (USAID) ilə birgə layihəsi çərçivəsində dekabrın 11-15-də Bakıda "Təsərrüfat subyektlərinin birləşməsi üzərində nəzarət üçün qanunvericilik və onun tətbiq edilmə təcrübəsi" mövzusunda seminar keçiriləcək.

İİN məlumatına istinadən Trend bildirir ki, seminarda rəqabətə nəzarət üzrə orqanlara birləşmə haqqında xəbərdarlıqların təqdim edilməsi qaydaları, birləşmə formaları (şaquli, üfiqi və konqlomerat), onların tətbiq edilmə metodları və s. kimi məsələlər nəzərdən keçiriləcək.

Həmçinin seminarda Azərbaycan, ABŞ və Avropa İttifaqının bu sahədə təcrübəsi, bu ölkələrdə rəqabətə nəzarət üzrə stürktürlar və onların öz fəaliyyətini təşkil etmələri nəzardən keçiriləcək.

Seminarda ABŞ Federal Ticarət Komissiyasının, Estoniya və Litvanın rəqabət üzrə Şurasının nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti