...

Azərbaycan MDM Milli numerial agentlik kimi tanınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2006 20:29 (UTC +04:00)

Milli Depozit Mərkəzi (MDM) Azərbaycan ərazisində milli numerial agentlik kimi tanınıb. Qiymətli Kağızlarla iş üzrə Dövlət Komitəsindən Trend ə verilən məlumata görə, MDM buraxılan qiymətli kağızlara beynəlxalq identifikasiya kodu vermək səlahiyyəti qazanıb və emissiya AR ərazisində nəzərdə tutulub.

MDM Milli Numerallaşdırma Agentliyi Assosiasiyası (MNAA) ilə "Qlobal əməkdaşlıq" barədə razılaşma imzalayıb və MNNA-nın rəsmi partnyoru olub. Onun mənzil-qərargahı Brüsseldə (Belçika) yerləşir. MNNA 60-dan çox təşkilatı birləşdirir ki, onların hər birinə öz ölkəsində qiymətli kağızlar buraxmaq və digər maliyyə institutları, o cümlədən, milli valyuta və indekslər üçün İSİN (International Securities Identification Numbers) kodlar qurmaq vəkaləti verilib.

Bu hüquq qiymətli kağızlar bazarının inkişafına müvafiq səviyyədə hökümətə verilir. Hal-hazırda MDB ölkələri arasında MNNA-nın tam hüquqlu üzvü yalnız Ukrayna və Rusiyadır. MNNA-nın partnyoru olaraq MDM Azərbaycan ərazisində numerallaşdırma agentliyi kimi statusunu möhkəmləndirib və bununla Azərbaycan qiymətli kağızlarının beynəlxalq fond bazarına çıxışını və Azərbaycan dövlət qeydiyyatı nömrəsinin beynəlxalq səviyyədə tanınmasını təmin edib. 2007-ci ilin yanvarından MDM Numerallaşdırma agentliyi kimi öz funksiyasının icrasına başlayacaq. Bundan sonra MDM-in səlahiyyətlərinə qiymətli kağızlar və digər maliyyə instrumentlərində beynəlxalq identifikasiya kodlarının mənimsənilməsi yolu ilə, qiymətli kağızların identifikasiyası beynəlxalq sisteminin yaradılmasına yardım etmək və qiymətli kağızlarla beynəlxalq əməliyyat çərçivəsində göstərilmiş kodlar barədə məlumatın yayılması da aiddir.

İSİN kodu özü ilə maliyyə instrumentini xarakterizə edən, qiymətli kağızlara düzəliş və hesabatların keçirilməsi zamanı birmənalı identifikasiyasına xidmət edən, məlumat daşımayan 12 yüksüz, hərfi rəqəmli koddur.

İSİN kodunun ilk iki işarəsi ölkə qeydiyyatının və ya qiymətli kağızlar emitentinin hüquqi cəhətdən yerləşmə nöqtəsinin müəyyənləşdirilməsinə xidmət edir. İSO 3166 standartlarına müvafiq olaraq, Azərbaycan qiymətli kağızları üçün bu işarə AZ-dır. Qalan 10 işarə dövlət qeydiyyatı nömrələrini və nəzarət rəqəmlərini əhatə edir ki, bu da xüsusi alqoritmə əsasən "ikiqat artırmaq-əlavə etmək-ikiqat artırmaq" 10 modula görə hesablanır. Qiymətli kağızların beynəlxalq identifikasiya kodunun mənimsənilməsində məqsəd QK-ın və digər maliyyə instrumentlərinin vahid sistemdə standartlaşdırmış identifikasiyası və bu məlumatların fond bazarı iştirakçıları arasında yayılmasıdır. Beynəlxalq identifikasiya kodları və QK-ın standartlaşdırılmış təsviri maliyyə sahəsinin bütün sahələrində istifadə olunur və dəqiq, effektiv klirinq və hesabatların keçirilməsində, düzəlişlərin qanuniləşdirilməsində və keçirilməsində, hesabatların sürətləndirilməsində zəruridir. Azərbaycanın Qiymətli kağızlarında İSİN kodlarının mənimsənilməsi Azərba

ycan qiymətli kağızlar emitentinin beynəlxalq fond bazarına daxil olması kimi vacib prosesin tərkibindədir.

Xəbər lenti

Xəbər lenti