...

Azərbaycan 2007-ci ildə "BP"dən 350 mln. dollar kredit alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2006 11:12 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan hökuməti ilə yeni əməkdaşlıq strategiyası (2007-10-cu illər) çərçivəsində Dünya Bankı 2007-ci maliyyə ilində ölkəyə 350 mln. dollar kredit ayırmağı planlaşdırır. Bu barədə strategiyanın dünən keçirilən təqdimat mərasimində "BP"nin Cənubi Qafqaz ölkələri üzrə aparıcı mütəxəssisi Kristian Pitersen məlumat verib.

Onun sözlərinə görə, bu kreditin 80 mln. dolları Beynəlxalq İnkişaf Assosiasiyası xətti ilə, qalanı isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xətti ilə ayrılacaq. BYİB-nin kreditləri əsasən infrastruktur layihələrin maliyyələşməsi üçün nəzərdə tutulub.

Qalan büdcə ili ərzində (DB-nin 2007-ci maliyyə ili 30 iyun 2007-ci ilə tamamlanır) daşınmaz əmlakın qeydiyyatı layihələrinin təsdiq edilməsi (30 mln. dollar), dəmir yolu vasitəsilə ticarət və tranzitə dəstək (80 mln.dollar), sü təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması (220 mln. dollar), korporativ və dövlət sektorlarında mühasibat uçotunun təkmilləşdirilməsi (20 mln.dollar) və səmt qazı emissiyasının azaldılması (maliyyələşmə həcmi hələ dəqiqləşdirilir) nəzərdə tutulur.

2006-cı il dekabrın 7-də "BP"nin Direktorlar Şurasında qəbul edilmiş strategiyanın ümumi dəyəri 1,260 mln. dollar həcmindədir. Strategiya 4 məqsəd daşıyır - dövlət sektorunda idarəçilikdə şəffaflığın və keyfiyyətin təkmilləşdirilməsi, neft sektorunda ardıcıl inkişafa dəstək, sosial sahələrdə keyfiyyətinin artılıması və ətraf mühiti idarənin təkmilləşdirilməsi.

Xəbər lenti

Xəbər lenti