...

Azərbaycanın dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi daşınmaz əmlakın mərkəzi qeydiyyatını formalaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2006 17:10 (UTC +04:00)

Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi 2006-cı il ərzində Mərkəzi qeydiyyatda 13 min dövlət müəssisəsi və onların filiallarına məxsus 105 min daşınmaz əmlak üzrə məlumatlar qeydiyyatdan keçirib.

Trend Dövlət Komitəsinin məlumatına istinadən xəbər verir ki, müəssisələr üzrə məlumatlar nazirliklər, komitələr, dövlət şirkətləri və müəssisələri tərəfindən qeydiyyata təqdim edilən məlumatlar dəqiqləşdirildikdən və öyrənildikdən sonra daxil edilir.

Dövlət əmlakının səmərəli istifadə və cari vəziyyətinin öyrənilməsi məqsədilə Dövlət Komitəsi həmçinin əmlakın özəlləşdirilməsi üzrə balans hesabatları və aktlarını da nəzərdən keçirir. Bu il dövlət müəssisələrindən təxminən 4100 statistik hesabat alınıb. Eyni zamanda, özəlləşdirmə və maliyyə hesabatları ilə bağlı təxminən 300 akt təhlil edilib. Məlumatda deyilir ki, hesabatlarda əmlakın vəziyyəti ilə bağlı çatışmazlıqlar aşkar edildiyi halda, qanunverciliyə uyğun olaraq tədbirlər görülür.

2006-cı il ərzində Dövlət Komitəsi 80 səhmdar cəmiyyət və dövlət müəssisəsində dövlət əmlakının səmərəli istifadə və saxlanılması predmeti üzrə monitorinq keçirib.

Xəbər lenti

Xəbər lenti