...

Cari ildə Naxçıvan MR ərazisində quşların kütləvi ölüm faktı qeydə alınmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2006 16:23 (UTC +04:00)

Cari ildə Naxçıvan MR ərazisində quşların kütləvi ölüm faktı qeydə alınmayıb. Trend in Naxçıvan Bürosu məlumatı Naxçıvan MR Dövlət Baytarlıq Xidmətinə istinadən xəbər verir.

Adıçəkilən xidmətin rəisi Əbil Əbilov Trend ə müsahibəsində bildirib ki, il ərzində Muxtar Respublikanın bütün ərazilərində 100-dən atıq reyd və monitorinq təşkil edilib. 2 nəfər fiziki şəxs inzibati hüquqpozmalara görə məsuliyyətə cəlb edilib.

Xidmət rəisi qarşıdan gələn Qurban bayramı ərəfəsində Naxçıvan MR Dövlət Baytarlıq Xidmətinin həyata keçirəcəyi tədbirlərə də toxunub. "Bayram ərəfəsində bizim mərkəzin tərkibində fəaliyyət göstərən 8 baytarlıq xidməti ilə birlikdə regionda satış obyektlərində tərəfimizdən ciddi nəzarət həyata keçirəcək. Artıq bununla bağlı yerlərdə maarifləndirici tədbirlərin də həyata keçirilməsinə başlanılıb"-- xidmət rəisi əlavə edib.

Qeyd edək ki, Naxçıvan MR Dövlət Baytarlıq Xidməti ötən 2005-ci ilin dekabr ayında Naxçıvan MR Ali Məclisinin sədri Vəsif Talıbovun müvafiq fərmanına uyğun olaraq yaradılıb.

Xəbər lenti

Xəbər lenti