...

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi Bakı yarmarkalarında realizə olunmuş məhsulların həcmi barədə açıqlama verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2007 18:41 (UTC +04:00)

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyindən bazar ertəsi Trend ə bildiriblər ki, Bakı rayonlarında keçirilmiş yarmarkalarda 11,53 min ton kənd təsərrüfatı məhsulu realizə edilib.

2006-cı ilin iyul ayından 2007-ci ilə qədər yarmarkalarda 329,12 ton ət məhsulu, 287,3 ton süd məhsulları, 361,61 ton konserv məhsulları, 4,97 min ton tərəvəz, 1,29 min ton kartof, 1,26 min ton baxça məhsulları, 282,21 ton taxıl məhsulları, 2,53 min ton meyvə realizə edilib.

Kənd təsərrüfatı məhsulları yarmarkası iyulun sonundan başlayaraq şəhər əhalisinin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi və qiymət artımının qarşısının alınması məqsədilə təşkil edilir. Kənd təsərrüfatı məhsulları yarmarkası hər həftənin şənbə və bazar günləri Suraxanı, Nərimanov, Yasamal, Xətai, Nizami, Binəqədi və Nəsimi rayonları ərazisində keçirilir.

Nazirlikdən bildiriblər ki, analoji yarmarkalar 2007-ci ildə də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti