...

Azərbaycan Milli Bankı 2006-cı ildə valyuta ehtiyatlarının ikiqat artımını qeyd edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2007 13:42 (UTC +04:00)

2006-cı ilin nəticələrinə görə, Azərbaycan Milli Bankının ixtiyarında olan rəsmi valyuta ehtiyatları 1,967 mlrd. dollar təşkil edib. AMB yaydığı məlumata istinadən Trend bildirir ki, ilin əvvəli ilə müqayisədə artım 105% (1,006 mlrd. dollar) təşkil edib.

AMB-nin proqnozları özünü doğruldub, belə ki, 2006-cı ilin nəticələrinə görə valyuta ehtiyatlarının 1,7 mlrd. dollar artacağı gözlənilirdi. İlkin hesablamalara görə, 2007-ci ildə AMB-nin ehtiyatları nəzərə çarpacaq dərəcədə, təxminən 1 mlrd. dollar artacaq.

Hazırda AMB valyuta ehtiyatlarının idarə edilməsi üçün Dünya Bankı xəzinədarlığından yeni menecer dəvət edib. Məsələ ondadır ki, dünya praktikasında mərkəzi banklar əsasən bu maliyyə institutuna müraciət edirlər. DB xəzinadarlıq departamentinə idarə üçün 100 mln. dollar təqdim edilib.

Vəsaitlərin təqdim edilməsi şərtlərindən biri odur ki, DB konsultasiya və ehtiyatların idarə edilməsinin üç illik proqramı (RAMP) çərçivəsində AMB-nin idarə etmədə potensialının artımına təsir göstərəcək. Hazırda xarici menecerlər tərəfindən idarə edilməyə ümumilikdə 250 mln. dollar təqdim edilib.

Xəbər lenti

Xəbər lenti