Ötən il Naxçıvan MR-də bank idarə və filialları tərəfindən 2905 bank hesabı açılıb
Ötən il Naxçıvan MR-də bank idarə və filialları tərəfindən 2905 bank hesabı açılıb. Bu barədə Trend in Naxçıvan Bürosu xəbər verir.
Qeyd olunan müddət ərzində hesablaşma hesabı açılmış 1591 hüquqi, 1314 fiziki şəxs qeydə alınıb. Hüquqi şəxslərdən 956-sı, fiziki şəxslərdən isə 1314-ü aktiv fəaliyyətdə olmuşlar. Hesablaşma hesabı açılmış 1006 hüquqi və fiziki şəxs isə bank əməliyyatlarından istifadə etməyərək nağd əməliyyatlara üstünlük verib.
Məlumat üçün deyək ki, 2006-cı ildə dövriyyəyə 183 mln 782 min manat pul buraxılıb, bankların kassalarına isə dövriyyədən 54 mln 751 min manat daxil edilib. Emissiya 129 mln 30 min manat və ya dövriyyəyə buraxılan pul kütləsinin 70,2%-ni təşkil edib.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq