...

ADDY: Üç sisternin dağılması Azərbaycanla Gürcüstan arasında dəmir yolu əlaqəsinə mane olmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2007 12:43 (UTC +04:00)

Azərbaycan Dövlət Dəmir Yolu idarəsindən bazar ertəsi Trend ə bildiriblər ki, Azərbaycan ərazisində şənbə günü neft daşıyın qatarın bir neçə sisterninin relsdən çıxması nəticəsində qəza baş verib, həmin qatar Sanqaçal neft terminalından yola duşub. Qəza nəticəsində 4-5 ton neft axıb.

Yanvarın 13-də Qovlar stansiyası yaxınlığında (Tovuz rayonu) neft dolu 3 sisternin qəzaya uğraması nəticəsində hərəkət praktiki olaraq kəsilməyib.

ADDY-dan bildiriblər: "Hərəkət bir xətt üzrə davam etdirilib".

Hazırda Gürcüstan istiqamətindən Azərbaycandan sutkada 26 qatar yola düşür. Neft dolu 3 sisternin qəzaya uğramasına səbəb onların nasaz olması ola bilər. Qəza şənbə günü təxminən 13.20 radələrində Bakının 124 kilometrliyində baş verib. Gürcüstan istiqamətinə hərəkət edən qatar 20 vaqondan ibarət olub.

Xəbər lenti

Xəbər lenti