...

Azərbaycan və Almaniya sanitar və fitosanitar nəzarət sisteminin təkmilləşdirilməsi barədə birgə bəyanat imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2007 14:43 (UTC +04:00)

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov bu gün səhər işgüzar səfərlə Almaniyada olub. Bu barədə Trend ə çərşənbə günü nazirlikdən xəbər veriblər.

Səfərin əsas məqsədi yanvarın 19-dan 28-dək keçiriləcək Beynəlxalq yaşıl həftə Berlin 2007 (International Green Week Berlin 2007)sərgisində iştirak etməkdir.

Səfər çərçivəsində yanvarın 19-da Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil olması prosesinin bir hissəsi kimi Almaniya Federativ Respuğlikası ilə Azərbaycanda sanitar və fitosanitar nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı bəyanat imzalanacaq. Sənədi İ.Abbasov və ərzaq kənd təssərüfatı və Berlində istehşlakçıların hüquqlarının müdafiəsi federal nazirliyinin stats katibi Qert Lindeman imzalayacaq.

İ. Abbasovun Almaniya, Ukrayna, Rusiya həmkarları ilə görüşü planlaşdırılır. Görüşdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Yanvarın 20-də nazir "Kənd təsərrüfatı və bioenergetika" forumunda Azərbaycanın aqrar sahədəki vəziyyəti və onun inkişaf istiqamətləri və perspektivləri barədə hesabatla çıxış edərək iştirak edəcək. Kənd təsərrüfatı nazirinin səfəri yanvarın 21-dək davam edəcək. Qida sənayesi, kənd təsərrüfatı və bağçılıq sərgisi (Yaşıl Həftə Almaniyada ən məhşur aqrosənaye sərgisidir) yanvarın 19-dan 28-dək Berlin sərgi mərkəzində keçiriləcək.

Qida məhsulları, kənd təsərrüfatı, bağçılıq sənayesi sərgisi ilk dəfə 1926-cı ildə keçirilib. Sərgidə qida sənayesi məhsullarını bütün spektrlərdə görmək olar- ət və kolbasa məmulatolarından mekyvə tərəvəzədək, dəniz məhsullarından çaya, çaxıra və tünjd alkoqol içkilərədək. Həmçinin burada toxumlar, kənd təsərrüfatı avadanlıqları istixanalar və başqa müvafiq mallar nümayiş olunacaq.

International Green Week Berlin sərgisi çərçivəsində həmçinin kənd təsərrüfatı üçün məhsulların baxışı və satışı, bağçılıq və landşaft layihələşməsi, həmçinin müxtəlif simpoziumlar, seminarlar forumlar və başqatədbirlər keçiriləcək.

Bu il mərasimin rəsmi açılışında Almaniyanın kansleri Anqela Merker(Angela Merkel),Avropa Birliyi Komissiyasının rəhbəri Xose Manuel Barroso(Jose Manuel Barroso), Berlini n meri Klaus Ueverayt(Klaus Wowereit),, kənd təsərüfatı federal naziri Xorst Sixofer(Horst Seehofer) və başqa rəsmi şəxslər iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti