...

Avropa Şurasının MTP II proqramında azərbaycanlı menecerlərin seçimi başlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2007 16:48 (UTC +04:00)

Azərbaycan sahibkarlar Milli Konfederasiyası (ASMK) Avropa Şurasının TASİS proqramı çərçivəsində MTP II layihəsinin yerli tərəfdaşı seçilib. ASMK-nın bazar ertəsi yayılan məlumatına istinadən Trend in verdiyi xəbərə görə, layihə menecerlərin və mütəxəssislərin hazırlanmasının nəzərdə tutur və Rusiya, Ukrayna, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Modava, Monqolustan və Özbəkistanı əhatə edir.

MTP proqramının əsas məqsədi menecerlər üçün treninqləçr keçirmək vasitəsilə MDB ölkələrinin iqtisadiyyatının inkişafına yardım etməkdir. "Azərbaycan şirkətlərinin menecerlərinin bundan əvvəlki layihədə iştirakı onların şirkətlərinin fəaliyyət sahəsinin genişlənməsinə kömək edib, həmçinin avropa şirkətləri ilə işgüzar əlaqələrin yaranmasında böyük rol oynayıb"- məlumatda deyilir.

ASMK ilə MTP II proqramında aparıcı alman şirkəti Carl Duisberg Centren gGmbH (CDC) arasında imzalanan submüqaviləyə görə, 2006-cı ilin 29 martından layihənin yeni mərhələsi başlayıb. Azərbaycan şirkətlərindən menecerlərin seçim müsabiqəsi 2007-ci ilin 25-26 yanvarında baş tutacaq və Moskva və İngiltərədəki ofis proqramları tərəfindən keçiriləcək. 70 müraciət edəndənin proqramdakı iştirakı ilə əlaqədar, birinci mərhələdən 24 menecer keçib ki, onlar müsabiqədə iştirak etmək üçün dəvət olunacaqlar.

2006-2008-ci illər ərzində MTP II çərçivəsində Azərbaycandan 35 menecer Avropada təcrübə keçəcək. Artıq 7 menecer Avropa şirkətlərində treninq keçib.

Xəbər lenti

Xəbər lenti