...

Gürcü nümayəndə heyəti Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryolu tikintisinin detallarını müzakirə etmək üçün Azərbaycana gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2007 19:48 (UTC +04:00)

Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryolu tikintisinin detallarını müzakirə etmək üçün dəmiryolu idarəsinin rəisi İrakli Ezukbayın başçılıq etdiyi gürcü nümayəndə heyəti Azərbaycana gəlib, bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyindən xəbər veriblər.

Nümayəndə heyətinin tərkibinə Gürcüstanın Ədliyyə və Maliyyə nazirliklərinin nümayəndələri daxil olub. Onlar Azərbaycan Nəqliyyat nazirliyində görüş keçirəcəklər.

Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryolu nəqliyyat dəhlizinin yaradılması layihəsi 68 km-i Türkiyə ərazisinin, 30 km-i Gürcüstanın payına düşən 98 km uzunluqda Qars-Axalkalaki qolunun tikintisini nəzərdə tutur. Həmçinin Axalkalaki-Tiflis sahəsində müəyyən bərpa işləri zəruridir.

Xəbər lenti

Xəbər lenti