...

Bank Standart 2007-ci ildə Moody’s və Fitch Ratings agentliklərinin reytinqini almağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2007 19:00 (UTC +04:00)

Bank Standart Moody's və Fitch Ratings beynəlxalq reytinq agentlikləri ilə danışıqlara başlayıb. Azərbaycan hökuməti bu agentliklərlə suveren reytinqin verilməsi üzrə əməkdaşlıq edir. Bu barədə Trend xəbər verir.

Bankın idarə heyətinin sədrinin birinci müavini Cavid Quliyevin 2006-cı ildə fəaliyyətin yekunlarına həsr olunmuş bugünkü mətbuat konfransında bildirdiyi kimi, reytinqin alınması bankın beynəlxalq kapital bazarına və fond bazarlarına çıxmasına imkan yaradacaq.

Onun sözlərinə görə, 2007-ci ildə bu agentliklərdən reytinqin alınması planlaşdırılır, sonra isə Azərbaycan hökumətinin avrobondların debüt buraxılışı ilə bank bu istiqamətdə də işi fəallaşdıracaq.

Bununla yanaşı, ötən il Bank Standart-ın fəal iştirakçısı olduğu və 2007-ci ildə də iştirakını davam etdirəcəyi Azərbaycanın fond bazarında bankın korporativ istiqrazlarının əsas alıcısı xarici investorlar olub. C.Quliyevin sözlərinə görə, Bank Standart-ın qiymətli kağızlar portfelinin 75%-i qeyri-rezidentlər tərəfindən alınıb. 2006-cı ildə yerləşdirilmiş korporativ istiqrazların ümumi həcmi 25-30 mln. manat təşkil edir. Manat istiqrazlarının hər bir emissiyası 2 milyondan 5 milyon manata qədər, dollar istiqrazları isə - 3 milyondan 6 milyon ABŞ dollarına qədər həyata keçirilib.

2006-cı ilin iyun ayında Bank Standart bütün dünyada tanınan Auerbach Grayson & Company, Inc. broker firmasının Azərbaycanda eksklüziv tərəfdaşı olub. Bu saziş həmçinin bankın Azərbaycan bazarına korporativ və özəl investorların cəlb olunmasında daha əhəmiyyətli rol oymasına imkan verib.

2006-cı ilin noyabrında Bank Standart-ın xarici tərəfdaşlarla münasibətlərində daha bir hadisə baş verib. Azərbaycanın "Azavto" şirkəti ilə uzunmüddətli əməkdaşlıq layihəsi çərçivəsində ağır təkər texnikasının ən böyük dünya istehsalçılarından biri ITOCHU Corporation (Yaponiya) Bank Standart tərəfindən verilən zəmanətlərin birinci sinifli xarici bankların vasitəçiliyi olmadan qəbul olunduğunu bildirib. Bankın Müştəri xidmətləri departamentinin direktoru Cahangir Axundovun sözlərinə görə, təsdiq olunmuş zəmanətlərin portfeli tədricən təsdiq olunmamışların sırasına keçdiyindən, ümumi portfel bir qədər çox olacaq və milyon dollarla hesablanacaq. O, bir faktı da maraqlı hesab edir ki, banka xarici bankların təsdiqi olmadan zəmanətlər verilir, bu isə yalnız Bank Standart-a deyil, həm də ölkənin bütün bank sektoruna olan etimaddan xəbər verir.

2006-cı il ərzində Societe Generale, Credit Suisse, RZB kimi böyuk banklarda yeni müxbir hesabları açılıb.

Xəbər lenti

Xəbər lenti