...

Azərbaycan Milli Bankı 2006-cı ildə valyuta ehtiyatlarından BVF-in kreditlərinin ödənilməsi həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2007 19:17 (UTC +04:00)

Azərbaycan hökuməti 2006-cı il ərzində Beynəlxalq Valyuta Fondunun (BVF) kreditləri üzrə 37,2 mln. ABŞ dolları ödəyib. Bu barədə Trend ə bazar ertəsi Maliyyə Nazirliyindən məlumat verilib.

Nəticədə 1 yanvar 2007-ci il tarixində fonda ümumi borc üç proqram üzrə (ESAF, EFF və PRGF) 135 mln. ABŞ dolları təşkil edib. BVF kreditləri üzrə ödəniş Azərbaycan Milli Bankının sərəncamında olan ölkənin valyuta ehtiyatlarından həyata keçirilir.

BVF-in Azərbaycandakı daimi nümayəndəliyi artıq 8 ildir ki, fəaliyyət göstərir, lakin hökumətlə əməkdaşlıq 1992-ci ildən başlayıb. Beynəlxalq təşkilat kreditləşməyə 1995-ci ildən başlayıb. Bu günə qədər BVF AR-ə altı proqram çərçivəsində kreditlər ayırıb.

BVF və Azərbaycan hökuməti arasında əməkdaşlıq vaxtından altı proqram üzrə imzalanma həyata keçirilib, onlardan üçü üzrə (STF, Stand-by və CCFF) kreditlərə xidmət göstərilməsi başa çatıb.

Hökumət gələcək əməkdaşlıq zamanı kreditlərin alınmasından imtina etdiyindən Valyuta Fondu qarşısında borc artmayacaq. O, hətta BVF-in kreditlərinin vaxtından əvvəl ödənilməsinə də hazırdır, lakin onlar sərfəlidir, çünki illik 0,5%-lə ayrılıb. Xarici banklarda valyuta depozitləri isə illik 2-2,5% arasında dəyişir. Həm də fondun kredit ehtiyatlarının yarıdan çoxu artıq qaytarılıb.

Xəbər lenti

Xəbər lenti