...

Azərsu ödəmələrdən yayınan abunəçilərin su ilə təchizatını dayandıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2007 12:21 (UTC +04:00)

Azərsu SC bəzi abunəçilərə xəbərdarlıq edib. Bu gün SC-in yaydığı məlumatına əsasən Trend xəbər verir ki, su sayğacları olmayan və suya görə ödəmələrdən yayınan bağ evlərinin sahiblərinə suyun verilməsini dayandıracaq.

1 yanvar 2007-ci il məlumatına əsasən Azərsu SC 196150 su sayğacı quraşdırıb. Onlardan 182497 -i əhalinin payına düşür. Büdcə və ona uyğunlaşdırılmış təşkilatlarda 2555 sayğac, digər təşkilatlarda (istehsalat, ticarət, xidmət, kommersiya və s.) 11098 sayğac quraşdırılıb.

Yalnız 2006-cı il ərzində quraşdırılmış sayğacların sayı 141477 təşkil edib. Həmçinin əhali üçün - 137679, büdcə təşkilatları üçün 854, digər müəssisələr üçün - 2944 sayğac quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti