...

Unibank: Indi sən özün öz plastik kartının dizaynerisən

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2007 13:54 (UTC +04:00)

Bankıdan Trend ə verilən məlumata əsasən, ölkənin maliyyə bazarına daim yeniliklər gətirən, UniBank, yenə də Azərbaycanın bank bazarında analoqu olmayan bir məhsul - Fərdi dizaynlı Kartlar təqdim edib.

İndi Fərdi dizaynlə kartlar sayəsində Unibank-ın hər bir müştərisi özünün "Iisa Electron" və ya "Iisa Classic" plastik kartının dizayneri ola bilər. Bunun üçün onun sadəcə olaraq kartı üçün öz zövqünə uyğun təsviri seçməsi kifayətdir.

Müştərilərin rahatlığı üçün "UniBank", "Sən təkrarolunmazsan. Öz kartını da o cür et" devizi altında reallaşan, xüsusi sayt - www.yourcard.az, - işləyib hazırlayıb. Bu sayt vasitəsilə müştəri nəinki layihənin bütün təfsilatını öyrənə bilər, həm də ona təklif olunan saytın xüsusi qalereyasında yerləşdirilmiş fon təsviri variantlarını nəzərdən keçirə bilər. Bundan əlavə, istifadəçi öz kartının fərdi fonu üçün öz foto şəkilllərini, yaxın adamının foto şəklini, onun bəyəndiyi mənzərənin təsvirini və s.-ni özü yükləyə bilər.

Sayt sayəsində müştərilər həmçinin öz yeni kartının maketini on-line rejimində nəzərdən keçirmək və real vaxt rejimində Fərdi dizaynlı Kartı sifariş etmək imkanı əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti