...

OESD və EBRD komissiyaları Cənubi Qafqaz ölkələrinin bank sahələrində korporativ idarə olunmanın vəziyyətilə tanış olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2007 11:46 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OESD) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Avrasiyanın bir sıra ölkələri - Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan və Ukraynada bank sahələrinin korporativ idarə olunması vəziyyətilə tanış olmaq üçün birgə komissiya yaradıb. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbirinə Gürcüstan parlamentinin maliyyə-büdcə komitəsindən məlumat verilib.

Komissiyanın işində mərkəzi bankların, bank assosiasiyalarının, adıçəkilən dövlətlərin qanunverici orqanlarının nümayəndələri, həmçinin bank nəzarəti üzrə Bazelsk komitəsi iştirak edəcək.

Komissiya işində adıçəkilən dövlətlərdə həyata keçirilən kredit və maliyyə siyasəti, risklərin idarə olunması vəziyyəti, menecment və bank sahəsində nəzarət şurasının funksiyalarının bölünməsi, korporativ idarəetmə şəffaflığının dərəcəsi, bank nəzarəti və maliyyə bazarının nizamlayıcı orqanları arasında əməkdaşlıqla və s. ilə tanış olacaq.

Araşdırmalar nəticəsində müvafiq məsləhətlər işlənib hazırlanacaq.

Komissiyanın sədri Gürcüstan parlamentinin maliyyə-büdcə komitəsinin rəhbəri İrakli Kovzanadze seçilib.

Xəbər lenti

Xəbər lenti