Azərbaycanın Dövlət Neft Fondunda ABŞ hökumətinin nümayəndə heyəti ilə görüş keçirilib.
ADNF-nun bu gün yaydığı məlumata istinadən Trend məlumat verir ki, Şahmar Mövsümov ABŞ hökumətinin təmsilçilərini ARDNF-nin fəaliyyətinə, Azərbaycanda neft sazişlərinin həyata keçirilməsi nəticəsində əldə edilən vəsaitlərin səmərəli idarə olunmasına, Azərbaycanın beynəlxalq Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsində lider ölkə olaraq fəaliyyət göstərməsinə dair məlumatlar verib və qonaqların suallarını cavablandırıb. Görüşdə ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının birinci iclasında iştirak etmək üçün Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin ABŞ və Avrasiya ölkələrinə yardım məsələləri üzrə koordinatoru Tomas Adams, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) direktorunun Avropa və Avrasiya ölkələri üzrə müavini Duqlas Menarçik, ABŞ Ticarət və İnkişaf Agentliyinin Avropa üzrə direktoru Daniel Stein, ABŞ-ın Azərbaycandakı səfiri Ann Ders, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosunun ölkə üzrə nümayəndəsi Stefani Altman-Iinans, USAID-in Qafqaz ölkələri üzrə missiya direktoru Robert Uilson, ABŞ Dövlət Departamentinin Azərbaycan şöbəsinin rəhbəri Leyn Bahl və USAID-in Azərbaycan nümayəndəliyinin təmsilçiləri iştirak edib.