...

Avrobank Azərbaycanın Nikoil Bankına kredit xətti açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2007 20:31 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın yenidən bir bankına - Nikoil Banka kredit xətti açıb. AYİB-in Bakı ofisinin yaydığı məlumatına əsasən, Trend xəbər verir ki, Nikoil Bank vasitəsilə mikro, kiçik və orta sahibkarlığa yardım üçün 2 milyon dollar ölçüsündə kredit xətti və 1 milyon dollar dəyərində ticarətin inkişafına yardım proqramı açılıb.

Sahibkarlığa ayrılan kreditlər üçün kredit resurslarının istifadəsi onların maliyyə resurslarına daxil olmasını asanlaşdıracaq. Nikoil Bank öz kredit çantasını diversifikasiya prioritetini, pərakəndə məhsulları və xidmətləri genişləndirməyi müəyyən edib. Bu istiqamətlər vasitəsilə Azərbaycanın bank sahəsinin rəqabətədavamlığını artırılacaq.

AYİB-in Bakı nümayəndəsi Aygen Ayıkoğlunun sözlərinə görə, bu maliyyə paketi maliyyə vasitəçiliyinin artmasına və yerli bazarda rəqabətədavamlığı inkişaf etdirəcək. Yerli banklara ayrılmalarda bu vəsaitlərin əsas məqsədi resurs bazasının müxtəlifliyi, kapital artımına dəstək və kreditlərin mikro, kiçik və orta sahibkarlığa verilməsi 80 milyon dollar dəyərində Azərbaycanın bank mexanizmi çərçivəsində təmin olunur. Bu mexanizmə texniki yardım üçün maliyyə dəstəyi TASİS AB proqramı vasitəsilə təqdim olunur.

Xəbər lenti

Xəbər lenti