...

Deputat Vahid Əhmədov: "Əhalinin əmanətləri 2007-ci ildə qaytarıla bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2007 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend İ.Əlizadə/Əhalinin SSRİ dövründən banklarda qalan əmanətləri 2007-ci ildə qaytarıla bilər. Bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədov məlumat verib.

Onun sözlərinə görə, əmanətlərin qaytarılmasında bir sıra problemlər var.

"Əsas problem qaçqın və məcburi koçkünlərin əmanətlərinin qaytarılması ilə bağlıdır. Çünki əhalinin bu təbəqəsinin əksəriyyətinin əmanət kitabçaları itib. Ona görə də müvafiq qurumlar arxiv məlumatlarını araşdırmaqla məşğuldurlar", deyə deputat bildirib.

V.Əhmədov deyib ki, "Əmanətlərin qaytarlıması haqqında" ikinci qanun layihəsi üzərində iş başa çatmayıb. Qanun layihəsinə Prezident Aparatında baxılır.

O, qeyd edib ki, 2006-cı ilin dövlət büdcəsində əmanətlərin bir hissəsinin qaytarılması üçün 40 milyon manat nəzərdə tutulmuşdu: "Lakin bu baş vermədi. Mənə elə gəlir ki, artıq əmanətlərin qaytarılmasını siyasi məsələyə çeviriblər".

Xəbər lenti

Xəbər lenti